HADİSƏ

İsmayıllıda ev uçdu – İnsanlar dağıntılar altında qaldılar

Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Sputnik

BAKI, 25 avqust — Sputnik. İsmayıllı rayonunda ev uçub.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.

Dəhşətli faciə ilə bağlı cinayət işi açılıb

Kənddə yas mərasimi olan iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 8 insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlar rayonun Balik kənd sakinləri Kamalova Müşkünaz Bəşir qızı, Mirzəməmmədova Sevda Ziyad qızı, Umudova Elnarə Tofiq qızı, Daşdəmirova Vüsalə Şükür qızı, Mirzəyeva Cəmilə Sədulla qızı, Quliyeva Ofeliya Nadir qızı və adı hələ ki, məlum olmayan daha iki nəfərdir.

Onların vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.