CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həcc ziyarətində azərbaycanlı qalmadı, bütün zəvvarlarımız qayıtdı

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılmışdı. Həcc ziyarətinin qiyməti isə 4285 ABŞ dolları olub.
Sputnik

BAKI, 26 avqust — Sputnik. Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu Vətənə geri dönüblər.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, sonuncu qrupda 159 zəvvar olub.

Qeyd edək ki, zəvvarların ilk qrupu avqustun 21-də Azərbaycana qayıdıb.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılmışdı. Həcc ziyarətinin qiyməti isə 4285 ABŞ dolları olub.