HADİSƏ

Gəncədə kişini bıçaqladılar, vəziyyəti ağırdır

Şəhər sakini 1989-cu il təvəllüdlü Əliyev Zaur Nizami oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Sputnik

BAKI, 26 avqust — Sputnik. Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alınıb.

Belə ki, şəhər sakini 1989-cu il təvəllüdlü Əliyev Zaur Nizami oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, gənc əməliyyat olunub, vəziyyəti ağırdır.

Hadisə ilə bağlı polisə məlumat verilib. Hadisəni törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış işlərinə başlanıb. 

Faktla bağlı araşdırma aparılır.