CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dostunu ovda güllə ilə vurdu

Şamaxı sakini ov edən zaman dostunu boynundan vurub, dərhal onu xəstəxanaya aparıb
Sputnik

BAKI, 26 avqust — Sputnik. Şamaxıda ova gedən şəxs ehtiyatsızlıqdan öz dostunu vurub.
Sputnik Azərbaycan oxu.az-a istinadla xəbər verir ki, hadisə Şamaxıda meşəlik ərazisində baş verib.

Yevlaxda gecə vaxtı qətl törədildi

Axşam saatlarında ova gedən dostlar iz axtarmaq məqsədi ilə fərqli istiqamətlərə ayrılıblar.

Bu zaman ehtiyatsızlıq səbəbindən Şamaxı rayon Qızmeydan kənd sakini 1991- ci il təvəllüdlü Heybətov Rafiq Ağaxan oğlu dostunun açdığı atəş nəticəsində boyun nahiyəsindən yaralanıb.

O, elə dostu tərəfindən Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib.

R.Heybətovun vəziyəti ağırlaşdığından Bakıya göndərilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.