HADİSƏ

Ağsuda da yanğın başladı

Yanğının söndürülməsi işlərinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub.
Sputnik

BAKI, 26 avqust — Sputnik. Ağsu rayonunun Kəndaxan kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsi işlərinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.