HADİSƏ

Şəkidə yanğınla bacarmırlar

Günorta saatlarından başlayan yanğın təqribən 70 hektar ərazini əhatə edir
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 avqust — Sputnik. Şəkidə bu gün günorta saatlarında başlayan yanğın davam edir.

Bu toy yaddaşlara yazılacaq: şadlıq sarayı yanır - VİDEO, FOTO
  Sputnik Azərbaycan-ın xəbərinə görə, Şin çayının sol sahilində, rayonun Cunud və Baş Layısqı kəndlərinin yaxınlığında güclü yanğınlar baş verib.

Şəki, Qax və Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və canlı qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda ərazidə yanğının söndürülməsi və Cunud kəndinə keçməməsi üçün mühafizə tədbirləri görülür. Günorta saatlarından başlayan yanğın təqribən 70 hektar ərazini əhatə edir.