HADİSƏ

Məcburi köçkünlər üçün ev tikən fəhlə öldü

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib
Sputnik

BAKI, 24 avqust — Sputnik. Kürdəmir rayonunda məcburi köçkünlər üçün tikilən binada işləyən fəhlə dünyasını dəyişib.

Bu istidə açıq havada işləmək olarmı?

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, Gəncə şəhər sakini, 50 yaşlı Kazımov Elçin Sadıq oğlunun fəhlə işlədiyi binada qəfildən səhhəti pisləşib.

Onu dərhal Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.