BAKI, 24 avqust — Sputnik. Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, qonşu ölkədə ali təhsil alan, Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1997-ci il təvəllüdlü Şahin Sudabəy oğlu Əliyev ötən gün Gürcüstan ərazisində çimərkən suda boğularaq ölüb.
Tələbənin meyiti ötən gün axşam doğulduğu kəndə gətirilib.
Onun bu gün dəfn ediləcəyi bildirilir.