BAKI, 24 avqust — Sputnik. Rusiyanın "Yuri Dolqoruki" sualtı qayığından "Bulava" (Gürz) ballistik raketinin buraxılması baş tutub.
Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi təlimlərin videogörüntülərini yayıb.
Təlimlər Barens dənizi akvatoriyasında keçirilib.
Təlimlər zamanı həmçinin Şimal buzlu okeanın qütbyanı sularında "Tula" sualtı qayığından "Sineva" adlı ballistik raketlər də buraxılıb.
"Bulava" raketi altı nüvə blokunu daşıya bilir. Raketin maksimal uçuş məsafəsi 8 min kilometri keçir.