CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ordumuzun hissələri döyüş atışı keçirib

Təlim məşqləri zamanı hərəkətdə olan müxtəlif parametrli hədəflər döyüş heyətləri tərəfindən aşkar olunaraq məhv edilib.
Sputnik

BAKI, 23 avqust — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq, ümumqoşun birliklərinin hava hücumundan müdafiə vasitələri döyüş atışlarını yerinə yetirib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlim məşqləri zamanı hərəkətdə olan müxtəlif parametrli hədəflər döyüş heyətləri tərəfindən aşkar olunaraq məhv edilib.

Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən şəxsi heyətin biliyi, bacarığı və praktiki vərdişləri yüksək qiymətləndirilib.