CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əcnəbilərin qeydiyyatı ilə bağlı xəbərdarlıq edildi

Əcnəbi oteli tərk etdikdən sonra ölkəni tərk etmirsə, fərdi ev və sair oxşar yerlərdə qalırsa, onun bu müddət ərzində yeni qeydiyyatı diqqətdə saxlanılmalıdır
Sputnik

BAKI, 23 avqust — Sputnik. "Əcnəbilərin olduğu yer üzrə yeni qeydiyyat qaydasına əsasən şəxs olduğu yeri dəyişdikdə (qeydiyyatda olduğu ünvanda yaşamadıqda) 5 iş günü müddətində yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə məlumatı Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov məlumat verib. O, bildirib ki, otellərin əcnəbiləri qalma müddətinə qeydiyyata aldığı nəzərə alınmalıdır: "Əcnəbi oteli tərk etdikdən sonra ölkəni tərk etmirsə, fərdi ev və sair oxşar yerlərdə qalırsa, onun bu müddət ərzində yeni qeydiyyatı diqqətdə saxlanılmalıdır".