CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP sürücülərə xəbərdarlıq etdi

Vacib hallarda kondisionerli marşrut avtobuslarından istifadəyə üstünlük verilməsi, soyuducu sistemi olmayan fərdi minik avtomobillərindən istifadə etmək zərurəti yarandığı halda isə yalnız günün nisbətən sərin vaxtlarında istifadə edilməsi tövsiyə olunur
Sputnik

BAKI, 23 avgust — Sputnik. Dövlət Yol Polisi (DYP) havaların isti keçməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Bu barədə Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

"Maybach" saxlanıldı, sürücü sərxoş çıxdı

BDYPİ avqust ayının 26-dək ölkə ərazisində havaların isti keçəcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatı nəzərə alaraq DYP sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə günün isti vaxtlarında fərdi nəqliyyat vasitələri ilə, xüsusilə soyuducu sistemlərlə təchiz olunmamış, istismar müddəti çox olan köhnə avtomobillərlə mümkün qədər uzaq məsafəli səfərlərə çıxmamalarını xahiş edir.

Vacib hallarda kondisionerli marşrut avtobuslarından istifadəyə üstünlük verilməsi, soyuducu sistemi olmayan fərdi minik avtomobillərindən istifadə etmək zərurəti yarandığı halda isə yalnız günün nisbətən sərin vaxtlarında istifadə edilməsi tövsiyə olunur.

Eyni zamanda, sürücülərimiz yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşməsinlər. Bir neçə saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobili saxlayıb istirahət etmək tövsiyə olunur.

Bir daha xatırladırıq ki, bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər.