Ermənistanda hərbi maşın çevrilib

Qəza zamanı maşında olan 11 hərbçidən bəziləri çevrilmiş avtomobildən özləri çıxa biliblər, digərlərinə isə hərbçi yoldaşları və Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə gəlmiş əməkdaşları kömək ediblər
Sputnik

BAKI, 23 avqust — Sputnik. Ermənistanın Tavuş rayonunun Baqanis kəndi yaxınlığında hərbçiləri daşıyan "QAZ 66" markalı yük avtomobili çevrilib.

Sputnik Ermənistan xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiq edib.

Ermənistanda hərbçi öldü – Müəmmalı şəkildə

Qəza zamanı yük maşınında 11 hərbçi olub. Onlardan bəziləri çevrilmiş avtomobildən özləri çıxa biliblər, digərlərinə isə hərbçi yoldaşları və Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə gəlmiş əməkdaşları kömək ediblər.

Bu arada, Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan özünün "Facebook" səhifəsində bildirib ki, hərbçilərdən heç biri ciddi zədə almayıb.

Hüquq mühafizə orqanları qəzanın səbəblərini araşdırmaq üçün hadisə yerinə gəliblər.