SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

“Böyük Yeddiliy”in toplantısından hansı gözləntilər var - politoloq şərhi

Politoloq Fikrət Sadıxov deyir ki, dünya gündəmindəki əsas məsələlər bu toplantıda müzakirə olunacaq
Sputnik

“Fransa prezidenti Emmanuel Makron G7 nümayəndə heyətləri başçılarının sammiti ərəfəsində İranın dövlət rəsmilərilə görüşəcək”. Bu barədə prezident Makron açıqlamasında deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, G7-nin budəfəki toplantısında əsas strateji maraqlar əks olunacaq: “Bu maraqlar ilk növbədə hərbi-strateji mövqelər və vəzifələrlə bağlıdır. Eyni zamanda ilqim məsələri və Qərb-Rusiya qarşıdurması müzakirə olunacaq. Dünya gündəmindəki əsas məsələlərə bu toplantıda yer ayrılacaq. Ancaq bu, bütün məsələlərin həll olunacağı demək deyil”.

Qeyd edək ki, 45-ci G7 sammiti Fransanın ev sahibliyində 24-26 avqust tarixlərində Biarritz şəhərində keçiriləcək.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz