CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtdakı yanğında tüstüdən zəhərlənənlərin sayı artır

Yanğın zamanı tibbi yardım göstərilən FHN əməkdaşlarının sayı 5-ə çatıb
Sputnik

BAKI, 22 avqust — Sputnik. "Tikinti materialları" bazarında baş verən yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) üç əməkdaşına yerində yardım göstərilib. Bununla da yanğın zamanı tibbi yardım göstərilən FHN əməkdaşlarının sayı 5-ə çatıb.

Bazardakı yanğınla bağlı yol bağlandı

Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, iki FHN əməkdaşından əlavə, bir nəfər də xəstəxanaya yerləşdirilib.

FHN-dən isə bildirilib ki, avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub: "Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub".