CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsmayıllıda qadın itkin düşüb

Üç uşaq anası Pərvanə Bədəlova iyulun 28-də gecə saatlarında 4 yaşlı övladını da özü ilə götürərək yaşadığı ünvandan naməlum istiqamətdə gedərək itkin düşüb
Sputnik

BAKI, 22 avqust — Sputnik. İsmayıllı rayonunda 3 uşaq anası itkin düşüb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, 1989-cu il təvəllüdlü İsmayıllı rayonu Qalınçaq kənd sakini, 3 uşaq anası Pərvanə Bədəlova iyulun 28-də gecə saatlarında 4 yaşlı övladını da özü ilə götürərək yaşadığı ünvandan naməlum istiqamətdə gedərək itkin düşüb.

İsmayıllıda qadın itkin düşüb

P.Bədəlovanın boyu 160 sm, gözlərinin rəngi qaradır. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 656-99-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.