Qəbələ rayonu Bum qəsəbəsi sakini Hakim Paşa illərdir bağçılıq və tingçiliklə məşğul olur. Vərdiş etdiyimiz ağaclardan başqa, bağban həyətində qeyri-adi meyvə əkməyə də çalışır.
Bir neçə il öncə Qəbələdə mürəbbə festivalı zamanı tanış olduğu hindistanlı turist ona hind narını göstərib. Bu meyvənin yetişdirilməsinin yüksək əziyyət tələb etdiyini deyən qonaq, qəbələli bağbana iki meyvə hədiyyə edib. Hakim Paşa isə illər sonra iki ağac yetişdirməyə müvəffəq olub, indi isə onların sayını artırmaq haqqında düşünür.