CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlılar "Bolşoy Teatr"ı fəth edəcəklər

Don Karlosun partiyasını Azərbaycanın Xalq artisti Yusif Eyvazov, Rodriqonun partiyasını Xalq artisti Elçin Əzizov ifa edəcək
Sputnik

BAKI, 22 avqust — Sputnik. Oktyabrın 16-dan 20-dək Rusiya Dövlət Akademik Böyük Teatrında C.Verdinin "Don Karlos" operası nümayiş olunacaq.

Sputnik Azərbaycan xəbər verir ki, oktyabrın 17-də və 19-da səhnə əsərində Don Karlosun partiyasını Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor), Rodriqonun partiyasını Xalq artisti Elçin Əzizov (bariton) ifa edəcək.

Afaq Abbasova: "Çıxış zamanı ariya bitdi, amma əl çalan olmadı"

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib.

2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin "İolanta" və "Qaratoxmaq qadın", N.A.Rimski-Korsakovun "Çar gəlini", J.Bizenin "Karmen", M.Musorqskinin "Boris Qodunov", C.Verdinin "Traviata", "Don Karlos", A.Borodinin "Knyaz İqor" operalarında yaddaqalan obrazlar yaradıb.