CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir sıra rayonlarda qaz kəsiləcək

Qaz sızmalarının ləğvi, orta təzyiqli qaz xəttinin sazlama işləri, həmçinin qaz sayğaclarının əvəzlənməsi həyata keçiriləcək
Sputnik

BAKI, 22 avqust — Sputnik. Bu gün səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Naftalan şəhər mərkəzi və bir neçə kənddə qaz təchizatı dayandırılıb.

Azərbaycanda maye qaz bahalaşa bilər - İdxaldan asılılıq yaranıb

Sputnik Azərbaycan-ın məlumatına göə, qeyd edilən saatdan etibarən texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə start verilib. Bundan əlavə, saat 09:00-dan Hacıqabul rayonunun 5 kəndində də qaz təchizatı dayandırılıb. "Qaz İxrac" İdarəsi bu müddət ərzində balansında olan kəmərlərdə qaz sızmalarının ləğvi işlərini həyata keçirəcək. Həmçinin "Qaz İxrac" İdarəsi qaz ölçü qovşağında quraşdırılmış qaz sayğacının əvəzlənməsini də həyata keçirəcək. Bununla əlaqədar olaraq 2 saat ərzində (10:00-dan 12:00-dək) Qazax rayonunun 3 kəndində qaz olmayacaq.

Bundan başqa, saat 09:30-dan 17:30-dək qaz sızmalarının ləğvi, orta təzyiqli qaz xəttinin sazlama işləri ilə bağlı İsmayıllı rayonunun mərkəzinin bir hissəsi və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər olacaq.