HADİSƏ

Qohumların davasında son sözü bıçaq dedi

Bərdə sakinini başından bıçaqladılar
Sputnik

BAKI, 22 avqust — Sputnik. Bərdədə qohumlar arasında baş vermiş münaqişə bıçaqlanma ilə nəticələnib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Bərdə Rayon Xəstəxanasına çatdırılan 1981-ci il təvəllüdlü Cəfərov Afiq Novruz oğlu sol təpə nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə cərrahiyyə şöbəsinə yerləşdirilib.

A.Cəfərovun vəziyyəti hazırda orta ağırdır. Faktla bağlı araşdırma aparılır.