HADİSƏ

Bakıda yol qəzası olub, yaralılar var

Xəsarət alanların hamısı qadındır, onlar xəstəxanaya yerləşdiriliblər
Sputnik

BAKI, 22 avqust — Sputnik. Buzovna-Maştağa yolunda yol qəzası baş verib.

Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər qadın ağır xəsarətlər alıb. Onlardan 47 yaşlı qadın sağ bazu sümüyünün yerdəyişmiş sınığı, 59 yaşlı qadın sağ baldırın əzilməsi, 61 yaşlı qadın isə alının hematoması diaqnozu ilə 3 saylı xəstəxanaya çatdırılıblar.

Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.