HADİSƏ

Ağsuda dağlıq ərazi yanır, nazirlik helikopterlər göndərdi - VİDEO

Yanğının söndürülməsi üçün əraziyə iki dövlət qurumunun texnikası və canlı qüvvəsi səfərbər olunub
Sputnik

BAKI, 22 avqust — Sputnik. Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Sputnik Azərbaycan nazirliyin rəsmi saytına istinadən bildirir  ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyət, Mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub.