Türkiyə qoşunları Suriyanın şimalındakı Sarakib şəhərinə daxil olub. Bu barədə Suriyanın Xarici İşlər Nazirliyi açıqlama verib.
“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Türkiyə prezidenti bir il əvvəl verdiyi sözü, ölkəsindən asılı olmayan səbəblərə görə, yerinə yetirə bilmədi:
“İdlib ətrafında vəziyyət gərgindir. Suriyada hökumət qüvvələrinin İdlibə hücumları Türkiyənin də maraqlarına toxunur. Vəziyyətin gərginləşməsi Rusiya-Türkiyə anlaşmasına maneə yaradır. Düşünürəm ki, Astana prosesi çərçivəsində İdlib məsələsində həll yolunun tapılması üçün Rusiya Əsəd hökumətinə təsir göstərməlidir”.
Qeyd edək ki, bir müddət öncə Suriyanın hökumət qüvvələri İdlibdə anti-terror əməliyyatlarına başlayıb.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz