MƏDƏNİYYƏT

Nigar Camal restoranda qabları çilik-çilik etdi – VİDEO

"Yeməkdən sonra qabları sındırırlar və əl salfetləri atıb rəqs edirlər. Yedik, sökdük və çıxdıq aradan"
Sputnik

BAKI, 21 avqust — Sputnik. Azərbaycanı "Avroviziya" musiqi yarışmasında təmsil etmiş, tanınmış müğənni Nigar Camal öz "Instagram" hesabında maraqlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni Bodrumda istirahət zamanı yunan restoranına baş çəkib. Restoranın qeyri-adi adəti Nigar Camalı təəccübləndirib. Belə ki, restoran ziyarətçiləri əyləndikdən sonra gecənin sonunda qabları sındırmalı və salfetləri göyə ataraq rəqs etməlidirlər. Müğənni paylaşdığı videoda bildirib: "Yeməkdən sonra qabları sındırırlar və əl salfetləri atıb rəqs edirlər. Yedik, sökdük və çıxdıq aradan".

Qeyd edək ki, Nigar Camal Fransadan sonra istirahətini Türkiyədə davam etdirir.