HADİSƏ

Hirkanda yanğının qarşısı alınıb

Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır
Sputnik

BAKI, 21 avqust — Sputnik. Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb.

Yanğın qəsəbəni işıqsız qoydu

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğının ətrafa yayılmasının qarşısı alınıb. Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində tüstülənmə müşahidə olunur.

Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, yerli sakinlər əl əməyindən, mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstərirlər.

Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.

ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir.