CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı kəndlərində hərəkət dayanır – Dəmiryol keçidi tunellə əvəz olunur

Yeni tunelin inşası başa çatana qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş olunur
Sputnik

BAKI, 21 avgust — Sputnik. Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişi) eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bununla əlaqədar olaraq, 22 avqust 2019-cu il səhər saat 08:00-dan etibarən həmin keçiddən avtomobillərin hərəkəti dayandırılacaq.

Yeni tunelin inşası başa çatana qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş olunur.