Ukraynanın sabiq prezidentinə qarşı cinayət işi açılacaq

Eks-prezident Poroşenko və digər yüksək vəzifəli şəxslərə qarşı ümumilikdə 11 cinayət işi açılıb
Sputnik

BAKI, 21 avqust — Sputnik. Kiyev şəhərinin Solomensk rayon məhkəməsi Ukraynanın Milli Antikorrupsiya Bürosuna sabiq prezident Petro Poroşenko və Xarici İşlər naziri Pavlo Klimkinə qarşı cinayət işi açmaq göstərişi verib.

Zelenski Ərdoğanı Ukraynaya dəvət etdi

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, onlar səlahiyyətlərindən və xidməti mövqelərindən sui-istifadədə günahlandırılırlar.

Məhkəmə sənədlərində qeyd olunur ki, Poroşenko və Klimkinə qarşı iddianı Ukrayna vətəndaşı irəli sürüb. O, iyulun 15-də Ukraynanın Milli Antikorrupsiya Bürosuna müraciət edib, lakin buna baxmayaraq cinayət işi açılmayıb. Məhkəmə isə öz növbəsində şikayəti təmin edib.

Poroşenko və digər yüksək vəzifəli şəxslərə qarşı ümumilikdə 11 cinayət işi açılıb. Bu cinayət işlərinin bir çoxunda sabiq prezidentin adı şahid kimi çəkilir.