Qanlı toy yüzə yaxın insanın həyatına son qoydu

Partlayış şənbə günü yerli vaxtla saat 22:40-da Kabilin şadlıq saraylarından birində baş verib. Partlayıcı qurğunu kamikadzenin işə saldığı bildirilir
Sputnik

BAKI, 21 avqust — Sputnik. Əfqanıstanın paytaxtı Kabildə toy mərasimi zamanı baş vermiş partlayış nəticəsində ölənlərin sayı 80-a çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "Reuters" agentliyi əfqan rəsmilərinə istinadən yayıb.

Əfqanıstan paytaxtında partlayış: xeyli yaralı var

Partlayış şənbə günü yerli vaxtla saat 22:40-da Kabilin şadlıq saraylarından birində baş verib. Partlayıcı qurğunu kamikadzenin işə saldığı bildirilir.

Bundan əvvəl hadisədə 63 nəfərin həlak olduğu xəbər verilib. Ölənlərin saytının artacağı güman edilir.

Şahidlərin sözlərinə görə partlayış zamanı şadlıq sarayında onlarla insan olub.

Əfqanıstan Prezidenti Əşrəf Qani hücumu pisləyib və həlak olmuşların ailələrinə baş sağlığı verib.

Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.