Rusiyalı pilotlardan növbəti mürəkkəb pilotaj fiquru – VİDEO

Bu pilotaj fiqurunda təyyarələr bir-birlərinə paralel olaraq daim 180 dərəcə bucaq altında fırlanırlar
Sputnik

BAKI, 21 avqust — Sputnik. Rusiyanın "Pervıy polet" qrupu "Propeller" adlı yeni yüksək pilotaj fiqurunu məşq edib.

Sputnik Azərbaycan xəbər verir ki, məşqin videogörüntülərini Rusiyanın "Zvezda" telekanalı yayıb.

"Propeller" pilotaj fiquru ilk dəfə olaraq avqustun 27-dən sentyabrın 1-dək Jukovski hava limanında baş tutacaq "MAKS-2019" beynəlxalq aviasiya sərgisində nümayiş etdiriləcək.

Pilotaj qrupunun sədri Dmitri Samoxvalov bildirib ki, "Propeller" mürəkkəb texniki elementdir: bu pilotaj fiqurunda təyyarələr bir-birlərinə paralel olaraq daim 180 dərəcə bucaq altında fırlanırlar.

Samoxvalov deyib ki, izləyicilər pilotaj fiqurunun yerinə yetirilməsi zamanı səmada propeller (pər) təsvirini görə biləcəklər.