BAKI, 21 avqust — Sputnik. Rusiyanın Omsk vilayətinin Qorqovski rayonunda 25 yaşlı Azərbaycan vətəndaşı göldə batıb.
Sputnik Azərbaycan "Omskinform.ru" saytına istinadən xəbər verir ki, bədbəxt hadisə azərbaycanlı gəncin Lejanka və Oktyabrskoye kəndləri arasında yerləşən adsız göldə üzməsi zamanı baş verib.
Məlumata görə, gənc havanın və suyun soyuq olmasına məhəl qoymayaraq göldə üzməyə qərar verib.
Azərbaycan vətəndaşının ölümü ilə bağlı yoxlamalar aparılır.
Yerli polis Omsk sakinlərini su hövzələrində çimərkən təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.