BAKI, 21 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Finlandiyanın paytaxtı Helsinkiyə səfər edib.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, səfər Finlandiya Prezidenti Sauli Niinistönün dəvəti əsasında baş tutub.
Məlumata görə, Rusiya lideri ikitərəfli əməkdaşlığı, eləcə də bir sıra aktual beynəlxalq və regional məsələləri, o cümlədən Rusiya Federasiyasının Avropa İttifaqı ilə münasibətlərini müzakirə edəcək.
Tərəflər həmçinin ticarət, iqtisadi, investisiya, təbiətin qorunması və humanitar sahələrdə əməkdaşlığa, eləcə də Arktikada qarışlıqlı əlaqə və Baltik dənizi regionunda təhlükəsizlik məsələlərinə toxunmaq niyyətindədirlər.