CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şabranda yanğında xəsarət alanların son durumu açıqlandı

Bu gün səhər saatlarında Şabranda 4 mərtəbəli əlillər evində yanğın baş verib, 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb
Sputnik

BAKI, 20 avqust — Sputnik. Şabranda baş verən hadisə zamanı xəsarət alanlardan hazırda 2-si xəstəxanada müalicələrini davam etdirir.

Hirkan parkında yanğın başlayıb

Sputnik Azərbaycan bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumata görə, digər xəstələr ambulator müalicə üçün evə buraxılıblar. Xəstəxanada qalanlar 30 və 42 yaşlı qadınlardır.

Xatırladaq ki, bu gün səhər saatlarında Şabranda 4 mərtəbəli əlillər evində yanğın baş verib. Zirzəmidən başlayan yanğında 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan biri sağ topuğun kəsilmiş yarası, digərləri isə stress və tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər.