CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şabranda binada yanğın başlayıb - VİDEO - FOTO

Hələlik yalnız birinci mərtəbədən sakinləri təxliyə etmək mümkün olub. Yuxarı mərtəbələrdə isə sakinlər xilas olunacaqları dəqiqəni gözləyirlər
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 20 avqust — Sputnik. Şabran şəhərində bu dəqiqələrdə bina yanır.

Sputnik Azərbaycan-ın böləgə müxbirinin verdiyi məlumata görə, şəhərdəki 4 mərtəbəli əlillər binasında güclü yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürən briqadalar, tibbi yardım briqadaları cəlb olunub. Polis əməkdaşları və İcra Hakimiyyətinin nümayəndələri də ərazidədirlər.

Məlumata görə, hələlik yalnız birinci mərtəbədən sakinləri təxliyə etmək mümkün olub. Yuxarı mərtəbələrdə isə sakinlər xilas olunacaqları dəqiqəni gözləyirlər.

Yanğının zirzəmidən başladığı bildirilir. Ancaq ilkin səbəblər hələ məlum deyil.

Hadisə diqqətimizdədir, əlavə məlumat verəcəyik.