HADİSƏ

Qubadakı fəlakəti ram etdilər

Yanğın nəticəsində dağlıq ərazidə 32 ha quru ot, kol-kos və qurumuş ağacların kötükləri yanıb
Sputnik

BAKI, 20 avqust — Sputnik. Quba rayonunun Zərqava kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

Sputnik Azərbaycan  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, alovun söndürülməsinə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti və Rayon polis şöbəsinin əməkdaşları cəlb ediliblər.

Yanğın nəticəsində dağlıq ərazidə 32 ha quru ot, kol-kos və qurumuş ağacların kötükləri yanıb. Ərazidəki ağaclar və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.​