CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metroda tezliklə iş qrafiki dəyişəcək

Yeni tədris mövsümündə Bakı metropolitenində kondisionerlə təchiz edilmiş qatarların sayı 11, vaqonların sayı isə 55 olacaq
Sputnik

BAKI, 20 avqust – Sputnik. Sentyabrın 16-da ölkədə yeni tədris ilinin başlaması ilə bağlı "Bakı Metropoliteni" QSC yeni iş qrafikinə keçir.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, yeni tədris ili ilə bağlı hazırlıqlar görülür və bəzi yeniliklər gözlənilir: "Yeni tədris ili üçün bizdə payız-qış qrafikinə keçid başlayır. Qatarların hərəkəti daha da sıxlaşdırılacaq və intervallar azalacaq. Bundan əlavə, yaxın günlərdə iki qatar xəttə buraxılacaq. Bu ayın axırına kimi isə daha iki qatar gətiriləcək. Yeni tədris mövsümündə Bakı metropolitenində kondisionerlə təchiz edilmiş qatarların sayı 11, vaqonların sayı isə 55 olacaq”.