CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kürəkənin yandırdığı qaynanadan yeni xəbər var

Yanıq xəsarətləri 4-cü dərəcəli, yəni dərin nekrozlaşmış olduğundan müalicədə hər hansı bir irəliləyiş əldə etmək mümkün olmur
Sputnik

BAKI, 20 avqust — Sputnik. Səhiyyə Nazirliyi kürəkəni tərəfindən yandırılan qadınla bağlı məlumat yayıb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şəmkirdə kürəkəni tərəfindən yandırılan 54 yaşlı qadının vəziyyəti kritik olaraq qalır. Həkimlərin bildirdiyinə görə, yanıq xəsarətləri 4-cü dərəcəli, yəni dərin nekrozlaşmış olduğundan müalicədə hər hansı bir irəliləyiş əldə etmək mümkün olmur. Səylər davam etdirilir.