BAKI, 20 avqust — Sputnik. İtaliyanın Baş Naziri Cüzeppe Konte işindən ayrılır.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, o, Senatda çıxış edərkən bildirib ki, prezidentə istefa ərizəsini təqdim edəcək.
"Mən bugünkü bütün çıxışları diqqətlə dinləyəcəyəm, amma bu siyasi keçidi bitirmək niyyətindəyəm, iclasdan sonra birbaşa respublika prezidentinin yanına gedib istefa ərizəmi təqdim edəcəm", - Konte deyib.
"5 ulduz hərəkatı" və "Liqa" partiyasının təşkil etdiyi koalisiya avqustun 8-də dağılıb. O zaman "Liqa"nın lideri və baş naşirin müavini Matteo Salvini Konteni tərəfdaşlarıyla aralarında olan ciddi fikir ayrılıqları barədə xəıbərdar edərək növbədənkənar seçkilərin keçirilməsini tələb etmişdi.
Salvininin bu bəyanatı üçün Turinlə Lion arasında sürətli dəmiryol magistralının tikilməsi məsələsinin Senatda səsə qoyulması səbəb olub. "Liqa"nın deputatları müxalifətin ünmayəndələri ilə birlikdə nəhəng infrastruktur layihəsinin lehinə səs veriblər.
Konte yaranan siyasi böhrana görə məsuliyyəti Salvininin boynuna qoyaraq ondan italyanlara hökumətin işini dayandırmasının səbəblərini izah etməyi tələb etmişdi.
İtaliya Konstitusiyasına görə, parlamenti buraxmaq və yeni seçkilər təyin etmək hüququ respublikanın Prezidenti Serco Mattarelleyə məxsusdur.