HADİSƏ

Bakıda ana-balanı maşın vurdu

Yük maşınının vurduğu piyadalar xəstəxanaya yerləşdiriliblər
Sputnik

BAKI, 20 avqust — Sputnik. Bakıda ana ilə övladını avtomobil vurub.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

42 yaşlı Alina Vəliyeva və onun 8 yaşlı oğlu Aven Vəliyev qoşqulu yük maşınının vurması nəticəsində xəsarət alıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.