BAKI, 20 avqust — Sputnik. Təl-Əvivdən Sankt-Peterburqa uçan təyyarə Krasnodarda məcburi eniş edib. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin başı ilə illüminatoru sındırmaq cəhdi olub.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmisi İrina Volk deyib ki, sərnişin "uçuş zamanı ictimai asayişi pozub: o, özünü aqressiv aparıb, ekipaj üzvlərinin iradlarına kobud şəkildə və ədəbsiz sözlərdən istifadə edərək cavab verib, eləcə də başı ilə illüminatoru sındırmağa çalışıb".
Hadisəni törətmiş sərnişin saxlanılıb. Onun Leninqrad vilayətində yerləşən Kirovsk şəhərinin 32 yaşlı sakini olduğu bildirilir.
Sərnişinin 5 sutkalıq həbs olunduğu və ona qarşı cinayət işinin açıldığı bildirilir.