BAKI, 19 avqust — Sputnik. Bakı metrosunun "Xətai” stansiyasında aparılan əsas təmir işlərinin hamısı başa çatdırılıb.
Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda son abadlıq işləri aparılır: “Xətai” stansiyasında aparılan əsaslı təmir başa çatdırılıb. Hazırda son tənzimlənmə işləri aparılır. Abadlıq və səliqə-səhman yaradılır”.
B.Məmmədov stansiyanın açılacağı dəqiq tarixi açıqlamasa da, yaxın vaxtlarda sərnişinlərin istifadəsinə veriləcəyini qeyd edib.