BAKI, 19 avqust — Sputnik. Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutu”su tapılaraq dənizdən çıxarılıb.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutu”nun texniki vəziyyəti öyrənilir.
Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.