CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metroda intervalda yaranan fasilənin səbəbi bilindi

Hazırda hər iki xətt üzrə interval bərpa olunub və qatarlar normal hərəkətini davam etdirir
Sputnik

BAKI, 19 avqust — Sputnik. Bakı metrosunda qatarların intervalında fasilə yaranıb.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Metro stansiyalarının ətrafında nəqliyyat axınına nəzarət gücləndirilib

Onun sözlərinə görə, fasilə "İçərişəhər" stansiyasında qeydə alınıb: "Səhər saatlarında "İçərişəhər" stansiyasında texniki səbəblərdən qatarın depoya yola salınması və yerinə qatar verilməsi nəzərdə tutulsa da, qatara baxış keçirən təlimatçı-maşinist hər hansısa nasazlıq olmadığını müəyyən edib. Onun qərarına əsasən qatar xətdə saxlanılıb. Bu səbəbdən bütün xətt boyu 10 dəqiqəlik gecikmə qeydə alınıb".

B. Məmmədov bildirib ki, hazırda hər iki xətt üzrə interval bərpa olunub və qatarlar normal hərəkətini davam etdirir.