HADİSƏ

İlisu Dövlət Təbiət Qoruğunda yanğın baş verib

Yanğın yanğından mühafizə qüvvələri tərəfindən söndürülüb. Olayın səbəbləri hələlik məlum deyil
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan.

BAKI, 19 avqust – Sputnik. Bu gün saat 12 radələrində Qax rayonunun İlisu Dövlət Təbiət Qoruğunda yanğın hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğın 1500 hektar ərzini əhatə edib. Yanğın qoruq ərazisində yerləşən qoyun binəsinə də keçib.

Yanğın yanğından mühafizə qüvvələri tərəfindən söndürülüb. Yanğının nədən baş verdiyi hələlik məlum deyil.