HADİSƏ

Bakıda DYP-nin avtomobili qəza törətdi

Hadisə nəticəsində xəsarət alan olmasa da, qəzaya düşən 3 avtomobilə ciddi ziyan dəyib
Sputnik

BAKI, 19 avqust — Sputnik. Bakıda yol polisi avtomobilinin iştirakı ilə qəza baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki Bakı Dairəvi Yolda qeydə alınıb.

Qəza nəticəsində bir nəfər öldü, dördü yaralandı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 4-cü tağımının avtopatrulu, polis şerjantı, 1994-cü il təvəllüdlü Həsənalıyev Sənan Qurban oğlunun idarə etdiyi 99 YP 341 dövlət nömrə nişanlı "BMW" markalı avtomobillə 1993-cü il təvəllüdlü Paşazadə Emin Qəzənfər oğlunun idarə etdiyi 10 BH 288 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq Gürcüstan vətəndaşı Mürsəl Qurbanovun idarə etdiyi BA 999 KU nömrə nişanlı "Mercedes" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər 3 avtomobilə ciddi ziyan dəyib.