CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xilasedicilər iki əcnəbinin Azərbaycanda həyatdan getməsinə imkan verməyiblər

Xəzər dənizinin Nardaran sahillərində iki əcnəbi suda batmaq təhlükəsi ilə üzləşib. Onları xilas ediblər
Sputnik

BAKI, 18 avqust - Sputnik. Bakıda iki nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Bu barədə Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir.

Xəbərə əsasən, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xarici ölkə vətəndaşı xilas olunub.