Əfqanıstanda terror aktları ard-arda baş verir

Əfqanıstnda sutka ərzində baş vermiş iki terror aktında ölənlərin sayı 74-ə çatıb, yaralılar isə 180 nəfərdir
Sputnik

BAKI, 18 avqust - Sputnik. Əfqanıstanda partlayış törədilib.

Bu barədə "Report" xəbər verir.

Məlumata görə, hadisə Bəlx əyalətinin Daulat Abad dairəsində qeydə alınıb. Yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində 11 nəfər həlak olub.

"Nəqliyyat vasitəsi güclü bomba ilə partladılıb. Biz hətta meyitləri tanıya bilmirik. Ölənlərdən 5-i bir ailənin üzvləridir", - deyə dairənin rəhbəri Məhəmməd Yusuf agentliyə bildirib.

Dünən Əfqanıstanın paytaxtı Kabildə keçirilən toy mərasimində törədilən partlayış nəticəsində ölənlərin sayı isə 63 nəfərə çatıb.

Hadisə zamanı xəsarət alanların da sayı 180 nəfərdir.