CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəza nəticəsində bir nəfər öldü, dördü yaralandı

Avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sərnişini - 24 yaşlı Bəxtiyar Allahverdiyev dünyasını dəyişib
Sputnik

BAKI, 18 avqust - Sputnik. Gədəbəydə yol-nəqliyat hadisəsi baş verib. 

"Qafqazinfo" xəbər verir ki, qəza rayonun Düzyurd kəndində qeydə alınıb. Hərəkətdə olan "Qazel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması nəticəsində "VAZ"ın sərnişini - 24 yaşlı Bəxtiyar Allahverdiyev dünyasını dəyişib, 4 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.