CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təmayül siniflərinə kimləri götürəcəklər? - Nazirlikdən açıqlama

Bu siniflərdə uyğun təmayül fənləri ilə yanaşı, Azərbaycan dili, Azərbaycan tarixi, xarici dil, riyaziyyat, informatika, fiziki tərbiyə, çağırışaqədərki hazırlıq fənləri tədris olunur
Sputnik

 

BAKI, 17 avqust — Sputnik. Təmayül siniflərinə şagird seçimi hər dərs ilinin ikinci yarısının əvvəlindən başlanılır.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təmayül siniflərinə ümumi orta təhsil səviyyəsini yüksək qiymətlərlə oxuyan şagirdlər meyl və maraqları, təlim nailiyyətləri, gələcək ixtisas yönümü nəzərə alınmaqla məktəbdə təşkil edilmiş təmayül siniflərinə qəbul olunurlar. Bu siniflərdə uyğun təmayül fənləri ilə yanaşı, Azərbaycan dili, Azərbaycan tarixi, xarici dil, riyaziyyat, informatika, fiziki tərbiyə, çağırışaqədərki hazırlıq fənləri tədris olunur.