Elvis Presli casus olacaq

"Biz çox xoşbəxtik ki, "Netflix" və "Sony Animation" ilə birlikdə bu layihəni gerçəkləşdirəcəyik"
Sputnik

BAKI, 17 avqust — Sputnik. "Netflix" xidməti məşhur musiqiçi Elvis Presli haqqında "Agent King" adlı animasiya serialı çəkəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda musiqiçinin keçmiş həyat yoldaşı Prissila Presli "The Hollywood Reporter"ə məlumat verib.

Sevimli cizgi filmimizin obrazı ilə bağlı maraqlı xəbər
O bildirib ki, "Uşaq vaxtı Elvis dünyanı xilas edən, cinayətlə mübarizə aparan super qəhrəman olmaq arzusunda idi. Çəkiləcək yeni serial onun bu arzularının təcəssümü olacaq. Biz çox xoşbəxtik ki, "Netflix" və "Sony Animation" ilə birlikdə bu layihəni gerçəkləşdirəcəyik. Bu, tamaşaçılara Elvisin bilinməyən tərəflərini göstərmək üçün əla vasitədir".

Komediya şousunda "Rok-n-rollun kralı" gizli təşkilatda şərlə mübarizə aparan casus obrazında göstəriləcək. Serialın müəllif və icraçı prodüserləri Prissila Presli və Con Eddi, senari müəllifi Mayk Arnolddur.

Qeyd edək ki, serial Elvis Preslinin ölümünün 42 illiyinə həsr olunub.