RUSİYA

Rusiyada avtobus divara çırpıldı: onlarla adam yaralandı, ölən var

Şəhər rəhbərliyindən bildirilib ki, qəzada ölən qadının ailəsinə və digər xəsarət alanlara hərtərəfli kömək göstəriləcək
Sputnik

BAKI, 17 avqust — Sputnik. Rusiyanın Perm vilayətində ağır yol-nəqliyyat hadisəsi olub.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, avtobus qəzasında 32 nəfər yaralanıb, bunlardan 10-u uşaqdır.

Qağayılar sərnişin təyyarəsini "oturtdu" - təfərrüatlar

Şənbə günü yerli vaxtla saat 17-də Permin Orconikidze rayonunda 53 saylı marşrut avtobusunun sürücüsü idarəetməni itirib, maşın beton divara çırpılıb.

Şəhər rəhbərliyinin verdiyi xəbərə görə, qəza anında avtobusun salonunda 59 nəfər varmış. Onlardan bir nəfər qadın həlak olub.

"Saat 20:20-yə olan məlumata görə, 32 nəfər xəstəxanalara çatdırılıb, onlardan onu uşaqdır. Uşaqlardan doqquzunun vəziyyəti orta ağır, birinin isə ağırdır. Yaşlılardan 5 pasiyentin vəziyyəti ağırdır", - Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Perm rəhbərliyindən bildirilib ki, qəzada ölən qadının ailəsinə və digər xəsarət alanlara hərtərəfli kömək göstəriləcək.